Günün favoritləri: İnter və AZAL!
13 mart 2013 11:07

İdman mərc oyunları operatoru “Topaz” futbol üzrə Azərbaycan Premyer Liqasının 23-cü turunun oyunlarına pul qoyuluşu etmək istəyənlər üçün əmsalları açıqlayıb. Azerisport.az xəbər verir ki, milli bukmeker kontorumuz son oyun günündə meydana çıxacaq komandaların qələbə qazanmaq şanslarını dəyərləndirib.
“Topaz” “İnter”i “Qəbələ” ilə səfər qarşılaşmasında cüzi də olsa, şanslı hesab edir.
AZAL isə “Kəpəz”lə səfər görüşündə favoritdi.
Bu oyunların əmsalları ilə aşağıda tanış ola bilərsiz:
Topaz Premyer Liqası
23-cü tur
Qəbələ – İnter
|
2.50
|
3.10
|
2.30
|
Kəpəz – AZAL
|
4.60
|
3.70
|
1.50
|