Portuqaliya Azərbaycan ilə oyunun aşkar favoritidi
26 mart 2013 11:47

İdman mərc oyunları operatoru “Topaz” futbol üzrə DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək qarşıdakı oyunlara pul qoyuluşu etmək istəyənlər üçün əmsalları açıqlayıb. Azerisport.az xəbər verir ki, milli bukmeker kontorumuz bu turnirdə çıxış edən Azərbaycan yığmasının Portuqaliya ilə oyundakı şanslarını da dəyərləndirib.
Belə ki, “Topaz” bu gün keçiriləcək görüşdə komandamızı o qədər də şanslı saymır. Qarşılaşma doğma meydanda keçirilsə də, qonaqlar favorit göstərilir.
Bu oyunun əmsalları ilə aşağıda tanış ola bilərsiz.
DÇ-2014-ün seçmə mərhələsi
F qrupu
26 mart
21:00. Azərbaycan – Portuqaliya (8.00 – 5.00 – 1.20)