Topaz ikinci altılıqda favoritləri açıqladı
11 may 2013 12:43

İdman mərc oyunları operatoru “Topaz” futbol üzrə Azərbaycan Premyer Liqasının 31-ci turunun oyunlarına pul qoyuluşu etmək istəyənlər üçün əmsalları açıqlayıb. Azerisport.az xəbər verir ki, milli bukmeker kontorumuz hələlik ikinci altılıqda yer alan komandaların qələbə qazanmaq şanslarını dəyərləndirib.
Belə ki, “Topaz” AZAL-ı “Rəvan”la qarşılaşmada daha şanslı hesab edir. “Turan” “Kəpəz”lə matçda favorit hesab olunur. “Sumqayıt” – “Xəzər Lənkəran” görüşündə isə şanslar bərabər qiymətləndirilir.
Bu oyunların əmsalları ilə aşağıda tanış ola bilərsiz:
Topaz Premyer Liqası
31-ci tur
Rəvan – AZAL
|
3,10
|
3,30
|
1,90
|
Sumqayıt – Xəzər Lənkəran
|
2,40
|
3,10
|
2,40
|
Turan – Kəpəz
|
1,45
|
3,80
|
5,00
|