Makedoniya Azərbaycan ilə səfər matçının favoritidi
7 iyun 2013 13:25

İdman mərc oyunları operatoru “Topaz” U-21-lər arasında futbol üzrə Avropa Çempionatının əsas seçmə mərhələsi çərçivəsində keçiriləcək qarşıdakı oyunlara pul qoyuluşu etmək istəyənlər üçün əmsalları açıqlayıb. Azerisport.az xəbər verir ki, milli bukmeker kontorumuz bu turnirdə çıxış edən Azərbaycan yığmasının Makedoniya ilə oyundakı şanslarını da dəyərləndirib.
Belə ki, “Topaz” iyunun 8-də keçiriləcək görüşdə komandamızı heç də şanslı saymır. Qarşılaşma doğma meydanda keçirilsə də, millimizin rəqibi favorit göstərilir.
Bu oyunun əmsalları ilə aşağıda tanış ola bilərsiz.
Azərbaycan – Makedoniya 2,85 - 3,10 - 2,10