Topaz: Klublarımızın hamısı Avroliqadakı ilk oyununda favoritdi
2 iyul 2013 13:15

İdman mərc oyunları operatoru “Topaz” futbol üzrə UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyunlarına pul qoyuluşu etmək istəyənlər üçün əmsalları açıqlayıb. Azerisport.az xəbər verir ki, milli bukmeker kontorumuz Azərbaycan klublarının da qələbə qazanmaq şanslarını dəyərləndirib.
Belə ki, “Topaz” “Qarabağ”ı Makedoniya “Metallurg”u, “Xəzər Lənkəran”ı isə Malta “Sliema”sı ilə səfər qarşılaşmanın favoriti hesab edir.
“İnter” də Finlandiya “Mariehamn”ı ilə matçın favoritidi. Lakin bu görüş iki gün sonra, iyulun 4-də keçiriləcək.
Bu oyunların əmsalları ilə aşağıda tanış ola bilərsiz:
Avropa Liqası
Birinci təsnifat mərhələsi (ilk oyunlar)
Metallurg – Qarabağ
|
3.10
|
3.30
|
1.90
|
Sliema – Xəzər Lənkəran
|
5.50
|
3.90
|
1.40
|
İnter – Mariehamn
|
1.65
|
3.50
|
3.90
|