Topazdan daha bir yarışa dəstək
5 iyul 2013 00:17

“Topaz” Azərbaycanda keçiriləcək F2 - güc qayıqlarının dünya çempionatının 2-ci yarışını dəstəklədiyini açıqlayıb. Azerisport.az xəbər verir ki, “F2 Baku Grand Prix “ beynəlxalq yarışı 6-7 iyul tarixlərində Bakı şəhərində, Dənizkənarı Bulvarda keçiriləcək.
Yarışda dünyanın 13 ölkəsindən, 23 komandanın qatılması planlaşdırılır. “F2 Baku Grand Prix” Azərbaycanda keçiriləcək önəmli beynəlxalq idman tədbirlərindən sayıla bilər.
Azərbaycanda keçiriləcək Güc qayıqları arasında yarışın dəstəkçiləri arasında “Topaz”ın olması şirkətin Azərbaycanda idmanın inkişafına verdiyi növbəti dəstəkdi. Şirkət gələcəkdə də idmanın inkişafı naminə böyük miqyaslı layihələri həyata keçirməyi planlaşdırır.
Bakıda keçiriləcək yarış və təşkilatçılar haqqında əlavə məlumat üçün www.bakugrandprix.com saytına daxil olmaq kifayətdi.
Xatırladaq ki, 19 Sentyabr 2012-ci il tarixindən etibarən “Topaz” Azərbaycan Premyer Liqasını dəstəkləyir və Azərbaycan Premyer Liqası “Topaz Premyer Liqası” adlandırılır.
“Topaz” Azərbaycanda fəaliyyət göstərən ilk qanuni mərc operatorudu və “Topaz”da bütün uduşlara dövlət təminatı verilir. “Topaz” haqqında ətraflı məlumat almaq üçün www.topaz.az internet səhifəsinə daxil olmaq kifayətdi.