Xəzər Lənkəranla Qarabağ favorit, İnter autsayderdi
9 iyul 2013 13:44

İdman mərc oyunları operatoru “Topaz” futbol üzrə UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunlarına pul qoyuluşu etmək istəyənlər üçün əmsalları açıqlayıb. Azerisport.az xəbər verir ki, milli bukmeker kontorumuz Azərbaycan klublarının da qələbə qazanmaq şanslarını dəyərləndirib.
Belə ki, “Topaz” “Qarabağ”ı Makedoniya “Metallurg”u, “Xəzər Lənkəran”ı isə Malta “Sliema”sı ilə ev oyunlarının favoriti hesab edir. Hətta “Xəzər Lənkəran”ın oyununda maraqlı bir məqam da var. Belə ki, “Xəzər Lənkəran”ın bir top fərqi ilə qələbə qazanması “Sliema”nın qələbəsinə pul qoyuluşu edənləri sevindirmiş olacaq. Cənubluların iki top fərqi ilə qalib gəlməsi isə heç-heçəyə pul qoyuluşu edənlər üçün sərfəli olacaq. Yalnız 3 və daha çox qol vuracağı halda “Xəzər Lənkəran”ın qələbəsinə pul qoyuluşu edənlər sevinə biləcəklər.
“İnter”lə bağlı vəziyyət isə fərqlidi. Finlandiyanın “Mariehamn” klubu Bakıdakı heç-heçədən sonra artıq cavab matçının favoriti hesab olunur.
Bu oyunların əmsalları ilə aşağıda tanış ola bilərsiz:
Avropa Liqası
Birinci təsnifat mərhələsi (cavab oyunları)
11 iyul
Xəzər Lənkəran – Sliema 1.80 3.8 3.00 (2F)
Qarabağ – Metallurg 1.25 4.50 7.50
Mariehamn – İnter 2.10 3.30 2.70