Lens Hafiz Məmmədova 17 milyon avroya başa gəlib!
9 iyul 2013 14:08

Fransanın “Lens” klubunun alınmasının azərbaycanlı iş adamı Hafiz Məmmədova hansı məbləğə başa gəldiyi müəyyənləşib. Azerisport.az “France Football”a istinadən xəbər verir ki, “ZQAN Holding”in rəhbəri və “Bakı”nın prezidenti olan Məmmədov buna görə 17 000 000 avrosundan keçib.
Onun 5 milyonu artıq “Lens” klubunun hesabına keçirilib. Qalan hissəsi isə bundan sonra köçürüləcək.
Qeyd edək ki, Hafiz Məmmədovun sayəsində “Lens” Liqa 3-ə düşürülməkdən canını qurtardı və yeni mövsümdə Liqa 1-ə vəsiqə qazanmaq üçün mübarizə aparacaq.