Neftçi Skenderbeu ilə matçın aşkar favoritidi!
16 iyul 2013 12:13

İdman mərc oyunları operatoru “Topaz” futbol üzrə UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunlarına pul qoyuluşu etmək istəyənlər üçün əmsalları açıqlayıb. Azerisport.az xəbər verir ki, milli bukmeker kontorumuz Azərbaycan çempionu “Neftçi”nin də qələbə qazanmaq şanslarını dəyərləndirib.
Belə ki, “Topaz” “ağ-qaralar”ı Albaniya “Skenderbeu”su ilə görüşdə aşkar favorit sayır.
Bu oyunun əmsalları ilə aşağıda tanış ola bilərsiz:
Çempionlar Liqası
İkinci təsnifat mərhələsi (ilk oyun)
17 iyul
21:00. Neftçi – Skenderbeu 1,20 4,60 9,50