İspaniya və İtaliya AÇ-yə qələbə ilə başladı
14 iyun 2016 00:50

Fransada keçirilən Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, turnirin dördüncü oyun günündə daha üç görüş baş tutub.
Öncə meydana "D" qrupunda qərarlaşan İspaniya və Çexiya yığmaları çıxıb. Qarşılaşmanın son dəqiqələrində Pikenin vurduğu qol ispanlara qələbə qazandırıb.
"E" qrupunda isə İrlandiya İsveçlə, Belçika İtaliya ilə qarşılaşıb. İlk oyunda heç-heçə qeydə alınıb. İtaliya isə Belçikanı 2 cavabsız qolla məğlub edib.
AÇ-2016
Qrup mərhələsi
13 iyun
"D" qrupu
İspaniya - Çexiya - 1:0 (0:0)
Qol: J.Pike, 87 (1:0).
Tuluza.
"E" qrupu
İrlandiya - İsveç - 1:1 (0:0)
Qollar: U.Hulahan, 48 (1:0). K.Klark, 71 (1:1).
Sen-Deni.
Belçika - İtaliya - 0:2 (0:1)
Qol: E.Cakkerini, 32 (0:1). Q.Pelle, 90+3 (0:2).
Lion.