İspaniya uduzdu, Türkiyə qalib gəldi

Fransada keçirilən Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, bu gün qitə birinciliyində daha iki qrupda son oyunlar keçirilib. 12-ci oyun günündə dörd görüş baş tutub.
Öncə saat 20:00-da C qrupu çərçivəsində Şimali İrlandiya - Almaniya və Ukrayna - Polşa görüşləri start götürüb. Almaniya və Polşa yığmaları bu görüşlərdə qazandıqları minimal hesablı qələbə sayəsində 1/8 finala yüksəlib.
Daha sonra isə D qrupunda Xorvatiya - İspaniya və Çexiya - Türkiyə görüşləri keçirilib. İspaniya hesabı açdığı Xorvatiya ilə oyundan məğlubiyyətlə ayrılıb. İlk iki oyununda məğlubiyyətlə üzləşən Türkiyə yığması isə bu dəfə nəhayət ki, qələbə qazanmağa nail olub. Qardaş ölkə təmsilçisi DÇ-2018-in seçmə mərhələsində millimizin rəqibi olan çexləri iki cavabsız qolla məğlub ediblər.
AÇ-2016
Qrup mərhələsi
21 iyun
C qrupu
Şimali İrlandiya - Almaniya - 0:1 (0:1)
Qol: M.Qomes, 30 (0:1).
Baş hakim: Kleman Turpen (Fransa).
Paris.
Ukrayna - Polşa - 0:1 (0:0)
Qol: Y.Blaşikovski, 54 (0:1)
Baş hakim: Sveyn Moen (Norveç).
Marsel.
1 | Almaniya | 3 | 2 | 1 | 0 | 3 | 0 | +3 | 7 |
2 | Polşa | 3 | 2 | 1 | 0 | 2 | 0 | +2 | 7 |
3 | Ş.İrlandiya | 3 | 1 | 0 | 2 | 2 | 2 | 0 | 3 |
4 | Ukrayna | 3 | 0 | 0 | 3 | 0 | 5 | –5 | 0 |
D qrupu
Xorvatiya - İspaniya - 2:1 (1:1)
Qollar: A.Morata, 7 (0:1). N.Kaliniç, 45 (1:1). İ.Perişiç, 87 (2:1).
Matçın 72-ci dəqiqəsində ispanların heyətində S.Ramos penaltidən yararlana bilməyib
Baş hakim: Byörn Kuypers (Hollandiya).
Bordo.
Çexiya - Türkiyə - 0:2 (0:1)
Qollar: B.Yılmaz, 10 (0:1). O.Tufan, 65 (0:2).
Baş hakim: Uillyam Kollam (Şotlandiya).
Lans.
1 | Xorvatiya | 3 | 2 | 1 | 0 | 5 | 3 | +2 | 7 |
2 | İspaniya | 3 | 2 | 0 | 1 | 5 | 2 | +3 | 6 |
3 | Türkiyə | 3 | 1 | 0 | 2 | 2 | 4 | –2 | 3 |
4 | Çexiya | 3 | 0 | 1 | 2 | 2 | 5 | –3 | 1 |