15 may 2012 19:16

Del Boske İspaniya millisinə Barcelonadan oyunçu çağırmadı

Futbol üzrə İspaniya yığmasının Polşa və Ukraynada keçiriləcək Avropa çempionatının final mərhələsinə gedəcək ilkin heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, baş məşqçi Visente del Boske hələlik 21 futbolçunun adını açıqlayıb.
 
Məsələ burasındadı ki, təcrübəli mütəxəssis qarşıda vacib oyunları olan “Barcelona”, “Athletic” (bu iki klub İspaniya kubokunun finalında üz-üzə gələcəklər), eləcə də İngiltərənin “Chelsea” klubunda (bu komanda isə Çempionlar Liqasının final matçına hazırlaşır) top qovan milli üzvlərinə dəvət göndərməyib. Onların adları bir qədər gec açıqlanacaq.
 
Son Avropa və dünya çempionu olan İspaniya qarşıdakı AÇ-yə hazırlıq çərçivəsində mayın 26-da Serrbiyan, 30-da isə Cənubi Koreya ilə yoxlama matçı keçirəcək.
 
Hələlik isə İspaniya yığmasının AÇ-2012-yə getmək şansına malik olan futbolçularının siyahısı belədi:
 
Qapıçılar: İker Kasilyas (Real), Pepe Reyna (Liverpool, İngiltərə), David De Gea (Manchester United, İngiltərə);

Müdafiəçilər: Raul Albiol (Real), Xordi Alba (Valencia), Alvaro Arbeloa (Real), Alvaro Dominqes (Atletico), Naço Monreal (Malaga), Serxio Ramos (Real), Xuanfran Torres (Atletico);

 
Yarımmüdafiəçilər: İzko Alarkon (Malaga), Xabi Alonso (Real), Santi Kasorla (Malaga), Benat (Betis), Xavi Qarsiya (Benfica, Portuqaliya), Bruno Soriano (Villarreal), David Silva (Manchester City, İngiltərə), Xesus Navas (Sevilla);
 
Hücumçular: Adrian Lopes (Atletico), Alvaro Neqredo (Sevilla), Roberto Soldado (Valencia).

Похожие новости

AVRO-2012 02 iyul

Avropanın ən güclüsü - İspaniya! (YENİLƏNİB)

Sayca 14-cü Avropa çempionatı başa çatıb.
AVRO-2012 30 iyun

Azad Rəhimovdan final proqnozu

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Polşa və Ukraynada keçirilən AÇ-2012-nin final matçı ilə bağlı proqnozunu açıqlayıb.
AVRO-2012 29 iyun

İtaliya Almaniyanı devirib, finala çıxdı (YENİLƏNİB)

Sayca 14-cü Avropa çempionatı davam edir.
AVRO-2012 28 iyun

İspaniya penaltilərlə finala çıxdı (YENİLƏNİB)

Sayca 14-cü Avropa çempionatı davam edir.
AVRO-2012 28 iyun

Almaniya Avropa çempionu olacaq

Azerisport.az növbəti sorğusuna yekun vurub
AVRO-2012 25 iyun

Son yarımfinalçı İtaliya oldu (YENİLƏNİB)

Sayca 14-cü Avropa çempionatı davam edir.
AVRO-2012 23 iyun

Almaniya Yunanıstanın sürpriz etməsinə imkan vermədi (YENİLƏNİB)

Sayca 14-cü Avropa çempionatı davam edir.
AVRO-2012 22 iyun

AÇ-2012-nin ilk yarımfinalçısı Portuqaliya oldu (YENİLƏNİB)

Sayca 14-cü Avropa çempionatı davam edir.