15 may 2012 11:25

Yığmamızın rəqibi AÇ-2012 üçün heyətində iki dəyişiklik etdi

Futbol üzrə Portuqaliya milli komandasının AÇ-2012 üçün yekun heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, baş məşqçi Paulu Bento birbaşa 23 nəfərlik heyəti müəyyənləşdirib.
 
Qeyd edək ki, portəgizlərin 23 nəfərlik heyəti hələ bir neçə gün öncədən açıqlanmışdı. Lakin son heyətlə müqayisədə iki dəyişiklik var. Belə ki, baş məşqçi Paulu Bento nədənsə son anda nədənsə İspaniyanın “Betis” klubunda çıxış edən Nelsonla Türkiyənin “Beşiktaş” klubunun təcrübəli yarımmüdafiəçisi Manuel Fernandesi heyətdən çıxarıb. Onların əvəzində iki “Braga”lı - Kustodio ilə Migel Lopes Ukrayna və Polşada keçiriləcək qitə çempionatına getmək şansı qazanıb.
 
Qeyd edək ki, Portuqaliya DÇ-2014-ün seçmə mərhələsində millimizin rəqibidi. Portəgizlərin AÇ-2012 üçün yekun heyəti belədi:
 
Qapıçılar: Beto (ÇFR, Rumıniya), Eduardo (Benfika), Rui Patrisio (Sporting);
 
Müdafiəçilər: Joao Pereyra (Sporting), Migel Lopes (Braga), Pepe, Fabio Koentrao (ikisi də “Real”, İspaniya), Bruno Alves (Zenit, Rusiya), Rolando (Porto), Rikardo Koşta (Valencia, İspanya);

Yarımmüdafiəçilər: Joao Moutinyo (Porto), Raul Meyreleş (Сhelsea, İngiltərə), Karlos Martins (Granada, İspaniya), Migel Veloso (Genoa, İtaliya), Ruben Mixael (Zaragoza, İspaniya), Kustodio (Braga), Nani (Manchester United, İngiltərə), Rikardo Kuaresma (Beşiktaş);

 
Hücumçular: Hüqo Almeyda (Beşiktaş, Türkiyə), Kristiano Ronaldo (Real, İspaniya), Helder Poştiqa (Zaragoza, İspaniya), Nelson Oliveyra (Benfica), Silvestre Varela (Porto).

Похожие новости

AVRO-2012 02 iyul

Avropanın ən güclüsü - İspaniya! (YENİLƏNİB)

Sayca 14-cü Avropa çempionatı başa çatıb.
AVRO-2012 30 iyun

Azad Rəhimovdan final proqnozu

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Polşa və Ukraynada keçirilən AÇ-2012-nin final matçı ilə bağlı proqnozunu açıqlayıb.
AVRO-2012 29 iyun

İtaliya Almaniyanı devirib, finala çıxdı (YENİLƏNİB)

Sayca 14-cü Avropa çempionatı davam edir.
AVRO-2012 28 iyun

İspaniya penaltilərlə finala çıxdı (YENİLƏNİB)

Sayca 14-cü Avropa çempionatı davam edir.
AVRO-2012 28 iyun

Almaniya Avropa çempionu olacaq

Azerisport.az növbəti sorğusuna yekun vurub
AVRO-2012 25 iyun

Son yarımfinalçı İtaliya oldu (YENİLƏNİB)

Sayca 14-cü Avropa çempionatı davam edir.
AVRO-2012 23 iyun

Almaniya Yunanıstanın sürpriz etməsinə imkan vermədi (YENİLƏNİB)

Sayca 14-cü Avropa çempionatı davam edir.
AVRO-2012 22 iyun

AÇ-2012-nin ilk yarımfinalçısı Portuqaliya oldu (YENİLƏNİB)

Sayca 14-cü Avropa çempionatı davam edir.