15 may 2012 12:51
23+1
Futbol üzrə Çexiya yığmasının Polşa və Ukraynada keçiriləcək Avropa çempionatının final mərhələsinə gedəcək ilkin heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, baş məşqçi Mixal Blek hələlik 24 futbolçunun adını açıqlayıb.
Bu isə o deməkdi ki, təcrübəli mütəxəssis yekun qərar verərkən yalnız bir futbolçudan imtina etməli olacaq. Bunun da böyük ehtimalla qapıçı Tomas Qriqar olacağı bildirilir.
Beləliklə, Çexiya yığması AÇ-2012-də aşağıdakı heyətlə mübarizə aparacaq:
Qapıçılar: Petr Çex (Chelsea, İngiltərə), Yaroslav Drobnı (Hamburg, Almaniya), Yan Lastuvka (Dnepr, Ukrayna), Tomas Qriqar (Vitkovice);
Müdafiəçilər: Teodor Selassi (Slovan), Roman Hubnik (Hertha, Almaniya), Mixal Kadleç (Bayer, Almaniya), David Limberski (Viktoria), Daniel Pudil (Cesena, İtaliya), Frantisek Raytoral (Viktoria), Tomaş Sivok (Beşiktaş, Türkiyə), Marek Suçi (Spartak, Moskva, Rusiya);
Yarımmüdafiəçilər: Tomas Hübşman (Şaxtyor, Ukrayna), Petr Jiraçek (Wolfsburg, Almaniya), Daniel Kolar (Viktoria), Milan Petrjela (Viktoria), Vatslav Pilar (Viktoria), Yaroslav Plasil (Bordeaux, Fransa), Yan Rejek (Anorthosis, Kipr), Tomaş Rosiçki (Arsenal, İngiltərə);
Hücumçular: Milan Baroş (Galatasaray, Türkiyə), David Lafata (Baumit), Tomaş Neçid (CSKA, Moskva, Rusiya), Tomaş Pexart (Nurnberg, Almaniya).