16 may 2012 16:30
Fransanın da AÇ-2012 üçün ilkin heyəti müəyyənləşdi
Futbol üzrə Fransa yığmasının Polşa və Ukraynada keçiriləcək Avropa çempionatının final mərhələsinə gedəcək ilkin heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, baş məşqçi Loran Blank hələlik 26 futbolçunun adını açıqlayıb.
Bu isə o deməkdi ki, fransızların çalışdırıcısı yekun heyəti müəyyənləşdirərkən yalnız 3 futbolçudan imtina etməli olacaq. Əsas “23-lüy”ə kimlərin qalacağı isə hələlik bəlli deyil.
Qeyd edək ki, Fransa AÇ-2012-də Ukrayna, İsveç və İngiltərə ilə birgə D qrupunda yer alır.
Qapıçılar: Karrasso (Bordeaux), Loris (Lion), Mandanda (Marsel);
Müdafiəçilər: Klişi (Manchester City, İngiltərə), Debuşi (Lille), Evra (Manchester United, İngiltərə), Koşçielni (Arsenal, İngiltərə), Mekses (Milan, İtaliya), Rami (Valenciennes), Revelye (Lion), Mbiva (Montpellier);
Yarımmüdafiəçilər: Kabaye (Newcastle, İngiltərə), Diarra (Marsilya), Qurkuff (Lion), Maluda (Chelsea, İngiltərə), Martin (Sochaux), Matuidi (PSG), Mvila (Rennes), Nasri (Manchester City, İngiltərə), Riberi (Bayern, Almaniya);
Hücumçular: Ben Arfa (Newcastle, İngiltərə), Benzema (Real, İspaniya), Qiroud (Montpellier), Menes (PSG), Remi (Marsel), Valbuena (Marsel).