16 may 2012 19:48

İngiltərənin AÇ-2012 heyəti açıqlandı

Futbol üzrə İngiltərə yığmasının Polşa və Ukraynada keçiriləcək Avropa çempionatının final mərhələsinə gedəcək ilkin heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, baş məşqçi Roy Hocson birbaşa 23 futbolçunun adını açıqlayıb.

Lakin onun mayln 29-dək bu heyətdə hansısa dəyişiklik etməsi istisna olunmur. Yekun “23-lüy”ün necə olacağı qarşıdakı hazırlıq prosesindən asılı olacaq.
 
Hocson irqçilik qalmaqalına görə kapitanlıqdan məhrum edilən Con Terrini heyətə cəlb edib. Əvəzində o, “Manchester United”in təcrübəli müdafiəçisi Rio Ferdinanda dəvət göndərməyib.
 
Qeyd edək ki, İngiltərə AÇ-2012-də Fransa, Ukrayna və İsveç ilə birgə D qrupunda yer alıb.

Qapıçılar: Robert Qrin (West Ham), Co Hart (Manchester City), Con Ruddi (Norwich City);
 
Müdafiəçilər: Leyton Baynes (Everton), Qari Keyhill (Chelsea), Eşli Kol (Chelsea), Qlen Conson (Liverpool), Fil Cons (Manchester United), Colen Leskott (Manchester City), Con Terri (Chelsea);
 
Yarımmüdafiəçilər: Qaret Barri (Manchester City), Stüart Douninq (Liverpool), Stiven Cerrard (Liverpool), Frank Lampard (Chelsea), Ceyms Milner (Manchester City), Skott Parker (Tottenham), Aleks Olksleyd-Çamberleyn (Arsenal), Teo Uolkott (Arsenal), Eşli Yanq (Manchester United);
 
Hücumçular: Endi Karroll (Liverpool), Ueyn Runi (Manchester United), Daniel Uelbek (Manchester United), Jermayn Defo (Tottenham).

Похожие новости

AVRO-2012 02 iyul

Avropanın ən güclüsü - İspaniya! (YENİLƏNİB)

Sayca 14-cü Avropa çempionatı başa çatıb.
AVRO-2012 30 iyun

Azad Rəhimovdan final proqnozu

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Polşa və Ukraynada keçirilən AÇ-2012-nin final matçı ilə bağlı proqnozunu açıqlayıb.
AVRO-2012 29 iyun

İtaliya Almaniyanı devirib, finala çıxdı (YENİLƏNİB)

Sayca 14-cü Avropa çempionatı davam edir.
AVRO-2012 28 iyun

İspaniya penaltilərlə finala çıxdı (YENİLƏNİB)

Sayca 14-cü Avropa çempionatı davam edir.
AVRO-2012 28 iyun

Almaniya Avropa çempionu olacaq

Azerisport.az növbəti sorğusuna yekun vurub
AVRO-2012 25 iyun

Son yarımfinalçı İtaliya oldu (YENİLƏNİB)

Sayca 14-cü Avropa çempionatı davam edir.
AVRO-2012 23 iyun

Almaniya Yunanıstanın sürpriz etməsinə imkan vermədi (YENİLƏNİB)

Sayca 14-cü Avropa çempionatı davam edir.
AVRO-2012 22 iyun

AÇ-2012-nin ilk yarımfinalçısı Portuqaliya oldu (YENİLƏNİB)

Sayca 14-cü Avropa çempionatı davam edir.