17 may 2012 13:36
Danimarka AÇ-2012 üçün ilkin heyətini açıqladı
Futbol üzrə Danimarka yığmasının Polşa və Ukraynada keçiriləcək Avropa çempionatının final mərhələsinə gedəcək ilkin heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, baş məşqçi Morten Olsen hələlik 20 futbolçunun adını açıqlayıb.
Buna səbəb hələlik Danimarka çempionatının baş çatmamasıdı. Baş məşqçi millidə görmək istədiyi qalan futbolçuları da məhz gələn həftə milli birincilik başa çatdıqdan sonra heyətə dəvət edəcəyi bildirilir.
Qeyd edək ki, Danimarka millisi də AÇ-2012-yə 23 futbolçu sifariş etməlidi. Onların tam siyahısı isə artıq startı verilən təlim-məşq toplanışı və qarşıdakı yoxlama matçlarından sonra dəqiqləşəcək. Olsen yekun heyəti mayın 29-dək UEFA-ya təqdim etməlidi.
Qapıçılar: Tomas Sorensen (Stoke City, İngiltərə), Stefan Andersen (Evian, Fransa);
Müdafiəçilər: Lars Yakobsen (Kopenhagen), Simon Busk Poulsen (Alkmaar, Hollandiya), Daniel Vass (Evian, Fransa), Simon Kyaer (Roma, İtaliya), Daniel Agger (Liverpool, İngiltərə), Andreas Byelland (Nordsjaelland);
Yarımmüdafiəçilər: Mixael Silberbauer (Young Boys, İsveçrə), Uilyam Kvist (Stuttgart, Almaniya), Kristian Poulsen (Evian, Fransa), Niki Zimlinq (Brugge, Belçika), Yakob Poulsen (Midtjylland), Lasse Sköne (NEC, Hollandiya), Kristian D. Eriksen (Ajax, Hollandiya), Tomas Kahlenberq (Evian, Fransa);
Hücumçular: Denis Rommedal (Bröndbü), Mixael Kron-Dehli (Bröndbü), Nikolas Bendtner (Sunderland, İngiltərə), Tobias P. Mikkelsen (Nordsjaelland).