26 may 2012 12:52

Rusiya millisinin AÇ-2012-yə gedəcək yekun heyəti açıqlandı

Futbol üzrə Rusiya yığmasının baş məşqçisi Dik Advokat AÇ-2012-yə aparacağı yekun heyəti açıqlayıb. Azerispor.az xəbər verir ki, hollandiyalı mütəxəssis nəhayət ki, son “23-lüy”ü müəyyənləşdirə bilib.
 
Qeyd edək ki, o, bir müddət öncə ilkin heyəti açıqlayarkən 26 futbolçuya dəvət göndərmişdi. Hazırda davam edən təlim-məşq toplanışının yekunlarına, eləcə də ötən gün keçirilən Uruqvayla sınaq matçına əsasən o, dörd futbolçunu heyətdən kənarlaşdırıb. Bunlar CSKA-dan Vasili Berezutski, Moskva “Spartak”ından Artyom Dzyuba, “Lokomotiv”dən isə Maqomed Ozdoyevlə Roman Şişkindi.
 
Belədə heyətə bir yeni futbolçu cəlb olunub ki, bu da Vasili Berezutskini əvəzləyən müdafiəçi Kiril Nababkindi.
 
Qapıçılar: İqor Akinfeyev (CSKA), Vyaçeslav Malafeyev (Zenit), Anton Şunin (Dinamo, Moskva);
 
Müdafiəçilər: Aleksandr Anyukov (Zenit), Aleksey Berezutski, Kiril Nababkin, Sergey İqnaşeviç (hamısı CSKA), Vladimir Qranat (Dinamo, Moskva), Yuri Jirkov (Anji), Dmitri Kombarov (Spartak, Moskva), Roman Şaronov (Rubin).
 
Yarımmüdafiəçilər: İqor Denisov, Konstantin Zıryanov, Roman Şirokov (hamısı “Zenit”), Denis Qluşakov (Lokomotiv), İqor Semşov (Dinamo, Moskva).
 
Hücumçular: Andrey Arşavin, Aleksandr Kerjakov (hər ikisi “Zenit”), Alan Dzaqoyev (CSKA), Marat İzmaylov (Sporting, Portuqaliya), Aleksandr Kokorin (Dinamo, Moskva), Roman Pavlyuçenko (Lokomotiv), Pavel Poqrebnyak (Fulham, İngiltərə).

Похожие новости

AVRO-2012 02 iyul

Avropanın ən güclüsü - İspaniya! (YENİLƏNİB)

Sayca 14-cü Avropa çempionatı başa çatıb.
AVRO-2012 30 iyun

Azad Rəhimovdan final proqnozu

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Polşa və Ukraynada keçirilən AÇ-2012-nin final matçı ilə bağlı proqnozunu açıqlayıb.
AVRO-2012 29 iyun

İtaliya Almaniyanı devirib, finala çıxdı (YENİLƏNİB)

Sayca 14-cü Avropa çempionatı davam edir.
AVRO-2012 28 iyun

İspaniya penaltilərlə finala çıxdı (YENİLƏNİB)

Sayca 14-cü Avropa çempionatı davam edir.
AVRO-2012 28 iyun

Almaniya Avropa çempionu olacaq

Azerisport.az növbəti sorğusuna yekun vurub
AVRO-2012 25 iyun

Son yarımfinalçı İtaliya oldu (YENİLƏNİB)

Sayca 14-cü Avropa çempionatı davam edir.
AVRO-2012 23 iyun

Almaniya Yunanıstanın sürpriz etməsinə imkan vermədi (YENİLƏNİB)

Sayca 14-cü Avropa çempionatı davam edir.
AVRO-2012 22 iyun

AÇ-2012-nin ilk yarımfinalçısı Portuqaliya oldu (YENİLƏNİB)

Sayca 14-cü Avropa çempionatı davam edir.