10 iyun 2012 01:39

Almaniya Portuqaliyanı, Danimarka Hollandiyanı məğlub etdi (YENİLƏNİB)

Sayca 14-cü Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, Ukrayna və Polşanın birgə ev sahibliyi etdiyi bu turnirin ikinci oyun günündə də iki qarşılaşma baş tutub.

B qrupu çərçivəsində turnirin əsas favoritlərindən hesab olunan Almaniya Portuqaliya ilə qarşılaşıb. Berti Foqtsun həmyerliləri minimal hesablı qələbəyə seviniblər. Ölüm qrupunun digər görüşü isə Hollandiya və Danimarka arasında baş tutub. Danimarkalılar turnirin ilk sürprizinə imza ataraq, hollandlar üzərində qələbə qazanıblar.
 
AÇ-2012
Qrup mərhələsi
B qrupu
9 iyun
 
HOLLANDİYA – DANİMARKA - 0:1 (0:1)
Qol: Kron-Deli, 24 (0:1).
Ukrayna. Xarkov. “Metallist” stadionu.
Baş hakim: Damir Skomina (Sloveniya).
 
HOLLANDİYA: Stekelenburq, Van der Vil (Kayt, 85), Heytinqa, Vlaar, Villems, Van Bommel (k), De Yonq (Van der Vaart, 71), Sneyder, Robben, Van Persi, Afellay (Huntelaar, 71).
DANİMARKA: Andersen, Kyaer, Aqqer (k), S.Poulsen, L.Yakobsen, Kvist, Eriksen (Şene, 74), Zimlinq, Kron-Deli, Rommedal (Mikkelsen, 84), Bendtner.
 
ALMANİYA - PORTUQALİYA - 1:0 (0:0)
Qol: Qomes, 73 (1:0).
Ukrayna. Lvov. “Lvov Arena”.
Baş hakim: Stefan Lannua (Fransa).
 
ALMANİYA: Noyer, Hummels, Badştuber, Lam (k), Boatenq, Xedira, Mesut Özil (Kroos, 87), Müller (Bender, 90+4), Podolski, Şvaynştayger, Qomes (Kloze, 80).
Portuqaliya: Ruy Patrisio, Bruno Alveş, Pepe, Koentrao, Joao Pereyra, Velozo, Raul Meyreleş (Varela, 81), Nani, Ronaldo (k), Poştiqa (Oliveyra, 68).

Похожие новости

AVRO-2012 02 iyul

Avropanın ən güclüsü - İspaniya! (YENİLƏNİB)

Sayca 14-cü Avropa çempionatı başa çatıb.
AVRO-2012 30 iyun

Azad Rəhimovdan final proqnozu

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Polşa və Ukraynada keçirilən AÇ-2012-nin final matçı ilə bağlı proqnozunu açıqlayıb.
AVRO-2012 29 iyun

İtaliya Almaniyanı devirib, finala çıxdı (YENİLƏNİB)

Sayca 14-cü Avropa çempionatı davam edir.
AVRO-2012 28 iyun

İspaniya penaltilərlə finala çıxdı (YENİLƏNİB)

Sayca 14-cü Avropa çempionatı davam edir.
AVRO-2012 28 iyun

Almaniya Avropa çempionu olacaq

Azerisport.az növbəti sorğusuna yekun vurub
AVRO-2012 25 iyun

Son yarımfinalçı İtaliya oldu (YENİLƏNİB)

Sayca 14-cü Avropa çempionatı davam edir.
AVRO-2012 23 iyun

Almaniya Yunanıstanın sürpriz etməsinə imkan vermədi (YENİLƏNİB)

Sayca 14-cü Avropa çempionatı davam edir.
AVRO-2012 22 iyun

AÇ-2012-nin ilk yarımfinalçısı Portuqaliya oldu (YENİLƏNİB)

Sayca 14-cü Avropa çempionatı davam edir.