10 iyun 2012 12:54

UEFA Rusiyaya şok cəza verə bilər

UEFA Rusiyanı şərt şəkildə cəzalandıra bilər. Azerisport.az xəbər verir ki, buna səbəb rus azarkeşlərin Polşa və Ukraynada keçirilən AÇ-2012-də irqçiliyə və iğtişaşlara əl atması səbəb göstərilir.
 
Xəbər verdiyimiz kimi, Rusiya Avropa çempionatının açılış günündə Çexiya ilə üz-üzə gəlmişdi. Ruslar 4:1 hesabıyla qalib gəldikləri oyundan sonra Polşanın “Vroslav” stadionunun təhlükəsizlik xidmətinin əməkdaşları ilə əlbəyaxa döyüşə çıxmış, onlara və arenaya ciddi xəsarətlər yetiriblər. Hazırda Polşa polisi və UEFA baş verən olaylarla əlaqədar araşdırmalar aparır.
 
Rus fanatların bu xoşagəlməz hərəkətləri qonşu ölkəyə baha başa gələ bilər. Məsələ burasındadı ki, rusiyalı azarkeşlər oyun zamanı da “fərqlənməyi” bacarıblar. Belə ki, ruslar Çexiya millisinin qara dərili futbolçusu Teodor Gebre Selassie əleyhinə də irqçi hərəkətlərə yol veriblər.

Bütün bu olaylar səbəbindən UEFA-nın Rusiya Futbol İttifaqına sərt cəza verməsi gündəmdədi.

Похожие новости

AVRO-2012 02 iyul

Avropanın ən güclüsü - İspaniya! (YENİLƏNİB)

Sayca 14-cü Avropa çempionatı başa çatıb.
AVRO-2012 30 iyun

Azad Rəhimovdan final proqnozu

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Polşa və Ukraynada keçirilən AÇ-2012-nin final matçı ilə bağlı proqnozunu açıqlayıb.
AVRO-2012 29 iyun

İtaliya Almaniyanı devirib, finala çıxdı (YENİLƏNİB)

Sayca 14-cü Avropa çempionatı davam edir.
AVRO-2012 28 iyun

İspaniya penaltilərlə finala çıxdı (YENİLƏNİB)

Sayca 14-cü Avropa çempionatı davam edir.
AVRO-2012 28 iyun

Almaniya Avropa çempionu olacaq

Azerisport.az növbəti sorğusuna yekun vurub
AVRO-2012 25 iyun

Son yarımfinalçı İtaliya oldu (YENİLƏNİB)

Sayca 14-cü Avropa çempionatı davam edir.
AVRO-2012 23 iyun

Almaniya Yunanıstanın sürpriz etməsinə imkan vermədi (YENİLƏNİB)

Sayca 14-cü Avropa çempionatı davam edir.
AVRO-2012 22 iyun

AÇ-2012-nin ilk yarımfinalçısı Portuqaliya oldu (YENİLƏNİB)

Sayca 14-cü Avropa çempionatı davam edir.