16 iyun 2012 01:52

Fransa Ukraynanı məğlub etdi, İsveç İngiltərəyə də uduzdu (YENİLƏNİB)

Sayca 14-cü Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, Ukrayna və Polşanın birgə ev sahibliyi etdiyi turnirin səkkizinci oyun günündə də iki qarşılaşma baş tutub.
 
İkinci turun son oyun günü D qrupu çərçivəsində turnirin əsas favoritlərindən hesab olunan İngiltərə və İsveç bir-biri ilə qarşılaşıb. Kifayət qədər gərgin və məhsuldar alınan görüşdə qələbə ingilislərə qismət olub. Beləcə, İrlandiyanın ardınca İsveçin də son oyundan asılı olmayaraq, AÇ-2012-də pley-offa çıxmayacağı artıq dəqiqləşib.
 
Qrupun digər görüşü isə turnirin ev sahiblərindən olan Ukrayna ilə Fransa arasında baş tutub. Güclü leysan səbəbi ilə bir saatlıq fasilənin verildiyi qarşılaşmada qələbəni fransızlar bayram ediblər. Lakin Ukrayna bu məğlubiyyətə rəğmən, hələ pley-offa şansını saxlayır.
 
AÇ-2012
Qrup mərhələsi
D qrupu
15 iyun
 
UKRAYNA – FRANSA - 0:2 (0:0)
Qollar: Menez, 53 (0:1), Kabay, 56 (0:2)
Ukrayna. Donetsk. “Donbass Arena”.
Baş hakim: Byorn Kaypers (Hollandiya).
 
UKRAYNA: Pyatov, Selin, Xaçeridi, Mixalik, Timoşuk, Qusev, Yarmolenko (A.Əliyev, 69), Nazarenko (Milevski, 60), Konoplyanka, Şevçenko (k), Voronin (Deviç, 46).
FRANSA: Lyoris (k), Debuşi, Rami, Mekses, Klişi, Kabay (M`Vila, 68), Riberi, Nasri, Menez (Martin, 73), Diarra, Benzema (Jiro, 77).
 
İSVEÇ – İNGİLTƏRƏ - 2:3 (0:1)
Qollar: Karoll, 24 (0:1), Mellberq, 49 (1:1), Mellberq, 59 (2:1), Uolkot, 65 (2:2), Uelbek, 78 (2:3)
Ukrayna. Kiyev. Olimpiya stadionu.
Baş hakim: Damir Skomina (Sloveniya).
 
İSVEÇ: İsaksson, Mellberq, Qrankvist (Lustiq, 66), M.Olsson, Y.Olsson, Elm (Vilhelmsson, 81), Larsson, Svensson, Kellstrem, İbrahimoviç (k), Elmander (Rozenberq, 79).
İNGİLTƏRƏ: Hart, Conson, E.Koul, Terri, Leskott, Cerard (k), E.Yanq, Milner (Uolkot, 61), Parker, Karoll, Uelbek (Çemberleyn, 90).
 
Fransa
2
1
1
0
3-1
4
İngiltərə
2
1
1
0
4-3
4
Ukrayna
2
1
0
1
2-3
3
İsveç
2
0
0
2
3-5
0

 

Похожие новости

AVRO-2012 02 iyul

Avropanın ən güclüsü - İspaniya! (YENİLƏNİB)

Sayca 14-cü Avropa çempionatı başa çatıb.
AVRO-2012 30 iyun

Azad Rəhimovdan final proqnozu

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Polşa və Ukraynada keçirilən AÇ-2012-nin final matçı ilə bağlı proqnozunu açıqlayıb.
AVRO-2012 29 iyun

İtaliya Almaniyanı devirib, finala çıxdı (YENİLƏNİB)

Sayca 14-cü Avropa çempionatı davam edir.
AVRO-2012 28 iyun

İspaniya penaltilərlə finala çıxdı (YENİLƏNİB)

Sayca 14-cü Avropa çempionatı davam edir.
AVRO-2012 28 iyun

Almaniya Avropa çempionu olacaq

Azerisport.az növbəti sorğusuna yekun vurub
AVRO-2012 25 iyun

Son yarımfinalçı İtaliya oldu (YENİLƏNİB)

Sayca 14-cü Avropa çempionatı davam edir.
AVRO-2012 23 iyun

Almaniya Yunanıstanın sürpriz etməsinə imkan vermədi (YENİLƏNİB)

Sayca 14-cü Avropa çempionatı davam edir.
AVRO-2012 22 iyun

AÇ-2012-nin ilk yarımfinalçısı Portuqaliya oldu (YENİLƏNİB)

Sayca 14-cü Avropa çempionatı davam edir.