19 iyun 2012 01:37

İtaliya və İspaniya da 1/4 finalda! (YENİLƏNİB)

Sayca 14-cü Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, Ukrayna və Polşanın birgə ev sahibliyi etdiyi turnirin 11-ci oyun günündə də iki qarşılaşma baş tutub.
 
Qrup mərhələsinin üçüncü oyun günü C qrupu çərçivəsində turnirin əsas favoritlərindən hesab olunan İspaniya Xorvatiya, İtaliya isə İrlandiya ilə qarşılaşıb. Hər iki qarşılaşmaya maraq kifayət qədər böyük idi. Çünki İrlandiya istisna olmaqla, qalan komandaların növbəti mərhələyə çıxmaq şansları qalmaqdaydı. İtaliya son turda mütləq qələbə qazanmalıydı ki, buna nail ola bilib. Lakin Xorvatiya eyni uğuru təkrarlaya bilməyib. Hətta heç-heçə ilə də növbəti mərhələyə çıxmaq imkanına malik olan ispanlar son dəqiqələrdə vurulan qolla pley-offa lider kimi çıxıblar. Bununla həm də ispanlarla xorvatların italyanları qəsdən qrupda saxlayacaqlarına dair söhbətlərə də son qoyulmuş olub.
 
AÇ-2012
Qrup mərhələsi
C qrupu
18 iyun
 
XORVATİYA – İSPANİYA - 0:1 (0:0)
Qol: X.Navas, 88 (0:1)
Polşa. Qdansk. “Qdansk Arena”.
Baş hakim: Volfqanq Ştark (Almaniya).
 
XORVATİYA: Pletikoşa, Striniç, Çorluka, Şildenfeld, Vida (Yelaviç, 66), Pranyiç (Perişiç, 66), Rakitiç, Vukoyeviç (Eduardo, 81), Modriç, Srna (k), Mandjukiç.
İSPANİYA: Kasilyas (k), Pike, S.Ramos, Arbeloa, Alba, İnyesta, Xavi, Xabi Alonso, Buskets, Silva (Fabreqas, 73), Torres (Xesus Navas, 61).
 
İTALİYA – İRLANDİYA - 2:0 (0:0)
Qollar: Kassano, 35 (1:0), Balotelli, 90 (2:0).
Qırmızı vərəqə: Endryus, 89.
Polşa. Poznan. “Meyski” stadionu.
Baş hakim: Cüneyt Çakır (Türkiyə).
 
İTALİYA: Buffon (k), Kyellini (Bonuççi, 57), Balsaretti, Abate, Bardzalyi, Motta, Markizio, De Rossi, Pirlo, Kassano (Diamante, 63), Di Natale (Balotelli, 74).
İRLANDİYA: Given, Sent-Lecer, Uord, O`Şi, Dann, Uilan, Makqidi, Endryus, Daff (k), Doyl (Uolters, 76), R.Kin (Koks, 86).
 
İspaniya
3
2
1
0
6-1
7
İtaliya
3
1
2
0
4-2
5
Xorvatiya
3
1
1
1
4-3
4
İrlandiya
3
0
0
3
1-9
0

 

Похожие новости

AVRO-2012 02 iyul

Avropanın ən güclüsü - İspaniya! (YENİLƏNİB)

Sayca 14-cü Avropa çempionatı başa çatıb.
AVRO-2012 30 iyun

Azad Rəhimovdan final proqnozu

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Polşa və Ukraynada keçirilən AÇ-2012-nin final matçı ilə bağlı proqnozunu açıqlayıb.
AVRO-2012 29 iyun

İtaliya Almaniyanı devirib, finala çıxdı (YENİLƏNİB)

Sayca 14-cü Avropa çempionatı davam edir.
AVRO-2012 28 iyun

İspaniya penaltilərlə finala çıxdı (YENİLƏNİB)

Sayca 14-cü Avropa çempionatı davam edir.
AVRO-2012 28 iyun

Almaniya Avropa çempionu olacaq

Azerisport.az növbəti sorğusuna yekun vurub
AVRO-2012 25 iyun

Son yarımfinalçı İtaliya oldu (YENİLƏNİB)

Sayca 14-cü Avropa çempionatı davam edir.
AVRO-2012 23 iyun

Almaniya Yunanıstanın sürpriz etməsinə imkan vermədi (YENİLƏNİB)

Sayca 14-cü Avropa çempionatı davam edir.
AVRO-2012 22 iyun

AÇ-2012-nin ilk yarımfinalçısı Portuqaliya oldu (YENİLƏNİB)

Sayca 14-cü Avropa çempionatı davam edir.