20 iyun 2012 01:38

İngiltərə və Fransa da 1/4 finala çıxdı (YENİLƏNİB)

Sayca 14-cü Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, Ukrayna və Polşanın birgə ev sahibliyi etdiyi turnirin 12-ci oyun günündə də iki qarşılaşma baş tutub.
 
Qrup mərhələsinin son oyun günü D qrupu çərçivəsində turnirin əsas favoritlərindən hesab olunan Fransa İsveçlə, İngiltərə isə meydan sahiblərindən olan Ukrayna ilə qarşılaşıb. Hər iki qarşılaşmaya maraq kifayət qədər yüksək idi. Çünki İsveç istisna olmaqla, qalan komandaların pley-offa çıxmaq şansı qalmaqda idi. Amma ən az şansa malik olan Ukrayna yığması İngiltərə ilə oyunda vacib olan qələbəni qazana bilməyib. Halbuki, Fransa da İsveçə uduzmaqla ukraynalılar üçün əla fürsət yaratmışdı. Lakin sonda qrupdan məhz İngiltərə və Fransa çıxıb.
 
Beləcə, AÇ-nin qrup mərhələsinə yekun vurulub. Çexiya, Yunanıstan, Almaniya, Portuqaliya, İspaniya və İtaliya ilə yanaşı Fransa və İngiltərə də pley-offa vəsiqə qazanıb. Qalan yığmalar isə turnirlə vidalaşıblar. İyunun 20-də iştirakçılar istirahət edəcəklər.
 
AÇ-2012
Qrup mərhələsi
D qrupu
19 iyun
 
İSVEÇ – FRANSA - 2:0 (0:0)
Qol: İbrahimoviç, 54 (1:0), Larsson, 90 (2:0)
Ukrayna. Kiyev. Olimpiya stadionu.
Baş hakim: Pedro Proensa (Portuqaliya).
 
İSVEÇ: İsaksson, Mellberq, Qrankvist, M.Olsson, Y.Olsson, Larsson, Svensson (Holmen, 79), Kellstrem, Bayrami (Vilhelmsson, 46), İbrahimoviç (k), Toyvonen (Vernblum, 78).
FRANSA: Loris (k), Debuşi, Rami, Mekses, Klişi, Riberi, Nasri (Menez, 77), M`Vila (Jiru, 83), Diarra, Ben-Arfa (Maluda, 59), Benzema.
 
İNGİLTƏRƏ – UKRAYNA - 1:0 (0:0)
Qol: Runi, 48 (0:1)
Ukrayna. Donetsk. “Donetsk Arena”.
Baş hakim: Viktor Kaşşai (Macarıstan).
 
İNGİLTƏRƏ: Hart, Conson, E.Koul, Terri, Leskott, Cerard (k), Yanq, Milner (Uolkot, 70), Parker, Runi (Çemberleyn, 87), Uelbek (Karoll, 82).
UKRAYNA: Pyatov, Selin, Xaçeridi, Rakitski, Timoşuk (k), Qarmaş (Nazarenko, 78), Qusev, Yarmolenko, Konoplyanka, Milevski (Butko, 76), Deviç (Şevçenko, 70).
 
İngiltərə
3
2
1
0
5-3
7
Fransa
3
1
1
1
3-3
4
Ukrayna
3
1
0
2
2-4
3
İsveç
3
1
0
2
5-5
3

 

Похожие новости

AVRO-2012 02 iyul

Avropanın ən güclüsü - İspaniya! (YENİLƏNİB)

Sayca 14-cü Avropa çempionatı başa çatıb.
AVRO-2012 30 iyun

Azad Rəhimovdan final proqnozu

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Polşa və Ukraynada keçirilən AÇ-2012-nin final matçı ilə bağlı proqnozunu açıqlayıb.
AVRO-2012 29 iyun

İtaliya Almaniyanı devirib, finala çıxdı (YENİLƏNİB)

Sayca 14-cü Avropa çempionatı davam edir.
AVRO-2012 28 iyun

İspaniya penaltilərlə finala çıxdı (YENİLƏNİB)

Sayca 14-cü Avropa çempionatı davam edir.
AVRO-2012 28 iyun

Almaniya Avropa çempionu olacaq

Azerisport.az növbəti sorğusuna yekun vurub
AVRO-2012 25 iyun

Son yarımfinalçı İtaliya oldu (YENİLƏNİB)

Sayca 14-cü Avropa çempionatı davam edir.
AVRO-2012 23 iyun

Almaniya Yunanıstanın sürpriz etməsinə imkan vermədi (YENİLƏNİB)

Sayca 14-cü Avropa çempionatı davam edir.
AVRO-2012 22 iyun

AÇ-2012-nin ilk yarımfinalçısı Portuqaliya oldu (YENİLƏNİB)

Sayca 14-cü Avropa çempionatı davam edir.