25 iyun 2012 02:24

Son yarımfinalçı İtaliya oldu (YENİLƏNİB)

Sayca 14-cü Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, Ukrayna və Polşanın birgə ev sahibliyi etdiyi turnirin 16-cı oyun günündə də bir qarşılaşma baş tutub.
 
1/4 final mərhələsinin sonuncu - dördüncü oyununda İngiltərə və İtaliya üz-üzə gəlib. Qitə birinciliyinin əsas favoritlərindən hesab olunan komandaların görüşü maraqla gözlənilirdi. Qalib gələn komanda AÇ-2012-nin sonuncu yarımfinalçısı adını qazanacaqdı. Qeyd edək ki, bu cütün qalibi yarımfinalda Almaniya ilə üz-üzə gəlməliydi.
 
Görüş İtaliyanın böyük ərazi üstünlüyü şəraitində keçsə də, həm "skuadra adzurra", həm də ingilislər qol vurmaq sevinci yaşaya bilməyiblər. Beləcə, bu AÇ-də ilk dəfə əlavə vaxta ehtiyac duyulub. Lakin əlavə vaxtda da hesabı açmaq mümkün olmayınca, penalti seriyası "işə düşüb". Lotereyada daha dəqiq olan italyanlar son yarımfinalçı olublar.
 
Maraq üçün xatırladaq ki, qrup mərhələsində C qrupunda yer alan İtaliya İrlandiyaya 2:0 qalib gəlmiş, İspaniya və Xorvatiya ilə eyni hesablı heç-heçəyə razılaşmışdı – 1:1. İngiltərə isə D qrupunda Ukrayna (1:0) və İsveçə (3:2) qalib gəlmiş, Fransa ilə sülh bağlamışdı – 1:1.
 
Sonda onu da bildirək ki, AÇ-də iki günlük fasilə olacaq. İyunun 27-də ilk yarımfinal oyunu keçiriləcək.
 
AÇ-2012
1/4 final
24 iyun
 
İNGİLTƏRƏ - İTALİYA - 0:0 (penaltilərlə - 2:4)
Ukrayna. Kiyev. “Olimpiyski” stadionu
Baş hakim: Pedru Proensa (Portuqaliya)
 
İNGİLTƏRƏ: Hart, Conson, E.Koul, Terri, Leskott, Cerard (k), Yanq, Milner (Uolkot, 61), Parker (Henderson, 94), Runi, Uelbek (Kerol, 60).
İTALİYA: Buffon (k), Balsaretti, Abate (Maco, 90+1), Barzaqli, Bonuççi, Markizio, De Rossi (Noçerino, 80), Montolivo, Pirlo, Balotelli, Kassano (Diamanti, 78).
 
Penalti seriyası:
Balotelli - 0:1
Cerard - 1:1
Montolivo - 1:1
Runi - 2:1
Pirlo - 2:2
E.Yanq - 2:2
Noçerino - 2:3
E.Koul - 2:3
Diamanti - 2:4

Похожие новости

AVRO-2012 02 iyul

Avropanın ən güclüsü - İspaniya! (YENİLƏNİB)

Sayca 14-cü Avropa çempionatı başa çatıb.
AVRO-2012 30 iyun

Azad Rəhimovdan final proqnozu

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Polşa və Ukraynada keçirilən AÇ-2012-nin final matçı ilə bağlı proqnozunu açıqlayıb.
AVRO-2012 29 iyun

İtaliya Almaniyanı devirib, finala çıxdı (YENİLƏNİB)

Sayca 14-cü Avropa çempionatı davam edir.
AVRO-2012 28 iyun

İspaniya penaltilərlə finala çıxdı (YENİLƏNİB)

Sayca 14-cü Avropa çempionatı davam edir.
AVRO-2012 28 iyun

Almaniya Avropa çempionu olacaq

Azerisport.az növbəti sorğusuna yekun vurub
AVRO-2012 23 iyun

Almaniya Yunanıstanın sürpriz etməsinə imkan vermədi (YENİLƏNİB)

Sayca 14-cü Avropa çempionatı davam edir.
AVRO-2012 22 iyun

AÇ-2012-nin ilk yarımfinalçısı Portuqaliya oldu (YENİLƏNİB)

Sayca 14-cü Avropa çempionatı davam edir.
AVRO-2012 20 iyun

AÇ-2012-də bütün 1/4 finalçılar bəlli oldular

Polşa və Ukraynada keçirilən sayca 14-cü Avropa çempionatının 1/4 final mərhələsinin bütün cütlükləri müəyyənləşib.