28 iyun 2012 02:26

İspaniya penaltilərlə finala çıxdı (YENİLƏNİB)

Sayca 14-cü Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, Ukrayna və Polşanın birgə ev sahibliyi etdiyi turnirin 17-ci oyun günündə də bir qarşılaşma baş tutub.

Yarımfinal mərhələsinin ilk oyununda Portuqaliya və İspaniya üz-üzə gəlib. Qitə birinciliyinin əsas favoritlərindən hesab olunan ispanların portuqallarla görüşü maraqla gözlənilirdi. Çünki qalib gələn komanda AÇ-2012-nin ilk finalçısı adını qazanacaqdı.
 
Görüşün 90 dəqiqəsində qapılara qol vurulmayıb. Elə əlavə yarım saat ərzində də tərəflər istəyinə nail ola bilməyib. Belədə, qalibi penaltilər müəyyənləşdirib. Daha dəqiq olan son Avropa çempionları yenidən finala çıxıblar.
 
Maraq üçün xatırladaq ki, Portuqaliya qrup mərhələsində Almaniyaya 0:1 uduzsa da, Danimarkanı 3:2, Hollandiyanı 2:1 yenərək, pley-offa çıxmışdı. 1/4 finalda isə portuqallar Çexiyanı 1:0 üstələmişdilər. İspaniya isə C qrupunda İtaliya ilə sülh bağladıqdan sonra İrlandiyaya 4:0, Xorvatiyaya 1:0 qalib gəlməklə mərhələ adlamışdı. 1/4 finalda isə son Avropa və dünya çempionları Fransanı 2 cavabsız qolla yenmişdilər.

Digər yarımfinal oyununda isə İtaliya və Almaniya yığmaları üz-üzə gələcəklər.

AÇ-2012
Yarımfinal
27 iyun
 
PORTUQALİYA - İSPANİYA - 0:0 (penaltilərlə - 2:4)
Baş hakim: Cüneyt Çakır (Türkiyə).
Ukrayna. Donetsk. “Donbass Arena”.
 
PORTUQALİYA: Ruy Patrisiu, B.Alveş, Pepe, Koentrao, J.Pereyra, Velozo (Kustodio, 105), Moutinyo, R.Meyreleş (Varela, 112), Nani, Ronaldo (k), Almeyda (Oliveyra, 81).
İSPANİYA: Kasilyas (k), Pike, S.Ramos, Arbeloa, Alba, İnyesta, Xavi (Pedro, 87), X.Alonso, Buskets, Silva (Navas, 61), Neqredo (Fabreqas, 54).
 
X.Alonso - 0:0 (qapıçı)
Moutinyo - 0:0 (qapıçı)
İnyesta - 0:1
Pepe - 1:1
Pike - 1:2
Nani - 2:2
S.Ramos - 2:3
B.Alveş - 2:3 (tir)
Fabreqas - 2:4

Похожие новости

AVRO-2012 02 iyul

Avropanın ən güclüsü - İspaniya! (YENİLƏNİB)

Sayca 14-cü Avropa çempionatı başa çatıb.
AVRO-2012 30 iyun

Azad Rəhimovdan final proqnozu

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Polşa və Ukraynada keçirilən AÇ-2012-nin final matçı ilə bağlı proqnozunu açıqlayıb.
AVRO-2012 29 iyun

İtaliya Almaniyanı devirib, finala çıxdı (YENİLƏNİB)

Sayca 14-cü Avropa çempionatı davam edir.
AVRO-2012 28 iyun

Almaniya Avropa çempionu olacaq

Azerisport.az növbəti sorğusuna yekun vurub
AVRO-2012 25 iyun

Son yarımfinalçı İtaliya oldu (YENİLƏNİB)

Sayca 14-cü Avropa çempionatı davam edir.
AVRO-2012 23 iyun

Almaniya Yunanıstanın sürpriz etməsinə imkan vermədi (YENİLƏNİB)

Sayca 14-cü Avropa çempionatı davam edir.
AVRO-2012 22 iyun

AÇ-2012-nin ilk yarımfinalçısı Portuqaliya oldu (YENİLƏNİB)

Sayca 14-cü Avropa çempionatı davam edir.
AVRO-2012 20 iyun

AÇ-2012-də bütün 1/4 finalçılar bəlli oldular

Polşa və Ukraynada keçirilən sayca 14-cü Avropa çempionatının 1/4 final mərhələsinin bütün cütlükləri müəyyənləşib.