21 fevral 2010 17:25

İlk mərhələ qurtardı

Unibank Premyer Liqasının XXII turun oyunlarından sonra təsnifat mərhələsinin iştirakçıları bəlli oldu. Oyunların nəticələrı: "Olimpik-Şüvəlan" - "Qarabağ" (1:1), "Bakı" - "Muğan" (0:0), "İnter" - "Neftçi" (1:0), "Qəbələ" – SS (2:1), "Xəzər Lənkəran" - "Karvan" (3:0), “Turan” - "Simurq" (1:2).
 
Kaxaber Tsxadadze, "İnter" klubunun baş məşqisi: "Bugünkü oyunda komandam çox gözəl oynadı, layiqli qələbə qazandıq. Komandamız Premyer Liqada ən çox qol vuran və qələbə qazanandır. Qış fasiləsindən sonra "Neftçi" qapısından cəmi bir top buraxmışdı. Bizim üçün çox əhəmiyyətli oyun idi. Əvəzetmələr özünü doğrultdu. Qalib gəldiyimiz üçün bütün futbolçularıma minnətdaram. Qarşıdakı oyunlara daha ciddi hazırlaşmalıyıq. Hamını qələbə münasibəti ilə təbrik edirəm".
 
Vaqif Sadıqov, "Neftçi" klubunun baş məşqçisi: "İlk hissədə daha yaxşı oyun göstərdik. İkinci hissədə meydana əvəzetmədən daxil olan futbolçular özlərini doğrultmadılar. Heç kimi günahkar göstərmək istəmirəm. Lakin buraxdığımız qolda kobud səhv var idi. Bundan əvvəl "Qarabağ", "Karvan", "Bakı" və "Xəzər Lənkəran"la çox ağır oyunlar keçirdik. Bu səbəbdən komanda yorğun idi. Nəticədə oyunun son dəqiqələrində buraxdığımız qolla məğlub olduq. "İnter" çox yaxşı oynadı və layiqli qələbə qazandı".
 
Ağasəlim Mircavadov, "Xəzər Lənkəran" klubunun baş məşqçisi: "Bu oyunda nə bizə, nə də "Karvan"a xal lazım deyildi. Lakin biz azarkeşlərimiz üçün oynadıq, qələbə qazanıb onları sevindirdiyimiz üçün şadam. Bu, fevralda keçirdiyimiz son oyun oldu. Qarşıda bizi "ilk altılıq"da gərgin oyunlar gözləyir. Bu oyunları da uğurla başa vurub, azarkeşlərimizə yenə qələbə sevinci yaşatmaq istəyirik".
 
Yunis Hüseynov, "Karvan" klubunun baş məşqçisi: "İlk öncə "Xəzər Lənkəran" klubunu qələbə münasibəti ilə təbrik edirəm. Heyətimizdə bir sıra itkilər var idi, buna görə də, komanda istədiyim oyunu göstərə bilmədi. "Altılıq" oyunlarında daha yaxşı mübarizə aparıb, son sıradan qurtulmağa çalışacağıq".
 
Nazim Süleymanov, "Olimpik-Şüvəlan" klubunun baş məşqçisi: "Qarabağ" ölkəmizin ən güclü komandalarından biridir, çox baxımlı, maraqlı oyun göstərirlər. Bu qarşılaşma formal xarakter daşısa da, biz öz oyunumuzu oynamalıyıq. Nəticə məni qane etdi".
 
Qurban Qurbanov, "Qarabağ" klubunun baş məşqçisi: "Bugünkü oyun hər iki komanda üçün də əhəmiyyətli deyildi. Ona görə futbolçuları bu cür oyunlara kökləməl çətindir. Əsas məqsədimiz "ilk altılıq"dakı oyunlara çox ciddi hazırlaşmaqdır. "Olimpik-Şüvəlan"a və öz komandama qarşıdakı oyunlarda uğurlar arzu edirəm".
 
Bülent Korkmaz, "Bakı" klubunun baş məşqçisi: "Muğan komandasını təbrik edirəm. Bu oyuna hazırlaşmaq bizim üçün çətin idi. Həm futbolçuları bu cür oyuna kökləmək çətindi, həm də həftəiçi klubun həkimi Murad Mərdanlını itirməyimiz bizə çox pis təsir etdi. Artıq bundan sonrakı oyunlarımızı düşünürük".
 
Almir Hurtiç, "Muğan" klubunun baş məşqçisi: "Bu gün baxımlı oyun izlədik. "Bakı" çox yaxşı komandadır. Bir neçə qol imkanları oldu. İlk hissədə pis oynadıq. Lakin ikinci hissədə göstərilən oyun məni qane etdi. Oyunun sonlarına yaxın rəqibi əks hücumda yaxalayıb qol vurmaq istəyirdik. "Bakı" kimi güclü komanda ilə bu cür oynadıqları üçün futbolçularımdan razı qaldım".
 
Ramiz Məmmədov, "Qəbələ" klubunun baş məşqçisi: "Komandamın bütün futbolçularını, həmçinin klubun rəhbərliyini təbrik edirəm. "İlk altılıq"da daha da yaxşı oyun göstərib, Avrokuboklara düşməyə çalışacağıq. "Qəbələ" bugünkü oyunu ilə sübut etdi ki, sona qədər mübarizə aparan, əzmkar komandadır".
 
Böyükağa Hacıyev, "Standard" klubunun baş məşqçisi: "Bugünkü oyun çox gərgin keçdi, hər iki komanda baxımlı oyun göstərdi. "Qəbələ" klubunu "altılığa" düşməsi münasibəti ilə təbrik edirəm".
 
Nizami Sadıqov, "Turan" klubunun baş məşqçisi: "Ənənəvi olaraq, oyun boyu əldə etdiyimiz qol imkanlarını bugünkü qarşılaşmada da boşa verdik. Oyun boyu 10-12 real qol epizodlarından yalnız birindən istifadə etdik. Rəqibin uzaq məsafədən vurduğu qol bizim üçün gözlənilməz oldu".
 
Roman Pokora, "Simurq" klubunun baş məşqçisi: "Meydança və paltardəyişmə otaqları bərbad gündə idi. Bu şəraitsizliyə baxmayaraq, "Turan" klubu çox gözəl və baxımlı oyun göstərir. Onları təbrik edirəm. Biz əldə etdiyimi imkanlardan maksimum istifadə etdik".
 
PFL

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.