21 fevral 2010 11:00
Lüksemburq yığması ilə oyun üçün heyət açıqlanıb
Azərbaycan milli komandasının martın 3-də Lüksemburq yığması ilə keçirəcəyi yoldaşlıq oyunu üçün heyəti açıqlanıb. Millimizin fevralın 25-də İordaniya yığması ilə keçirəcəyi yoldaşlıq oyunu üçün açıqlanan heyətlə müqayisədə, bu dəfə komandanın düşərgəsinə daha iki futbolçu – yarımmüdafiəçi Mahir Şükürov və hücumçu Vaqif Cavadov dəvət olunub: Kamran Ağayev, Fərhad Vəliyev, Səlahət Ağayev, Samir Abasov, Rail Məlikov, Elnur Allahverdiyev, Volodimir Levin, Ruslan Abışov, Rəşad Sadıqov, Maksim Medvedev, Saşa Yunisoğlu, Rəşad Sadiqov, Elvin Məmmədov, Əfran İsmayılov, Amit Quluzadə, Araz Abdullayev, Aleksandr Çertoqanov, Fabio Luis Ramim, Rahid Əmirquliyev, Vüqar Nadirov, Mahir Şükürov, Rauf Əliyev, Fərid Quliyev, Vaqif Cavadov.
AFFA
