22 fevral 2010 14:19
Balanslı və ədalətli təqvim tərtib olundu
Bu gün Almaniyanın Frankfurt şəhərində Avro-2012-nin seçmə mərhələsinin A qrupunun təqvimi müəyyənləşib. Tədbirdə iştirak edən Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts AFFA-nın saytına fikirlərini bildirib: «Müzakirələrin nəticəsindən çox razıyıq. Təqvim arzuladığımız kimi tərtib olundu. Qızğın müzakirələrin getməsinə baxmayaraq – sözsüz ki, hər bir komandanın nümayəndəsi öz maraqlarını müdafiə edirdi – balanslı və ədalətli təqvim alındı. Artıq bütün diqqətimizi millinin hazırlığına, yoldaşlıq oyunlarının keçirilməsinə yönəldəcəyik. Yaxşı nəticə əldə etmək üçün əlimizdən gələni əsirgəməyəcəyik».
