22 fevral 2010 14:00
Vaqif Sadıqov istefa verdi
"Neftçi" PFK klubun baş məşqçisi Vaqif Sadıqovun istefa verməsi ilə əlaqədar bəyanat yayıb. Unibank Premyer Liqasının XXII turunda "İnter"lə keçirilən oyundan sonra "Neftçi" klubundan ayrıldığını bildirən Vaqif Sadıqov komanda üzvlərinə "altılıq"da uğurlar arzulamışdır. "Neftçi" PFK-nın prezidenti Sadıq Sadıqov baş məşqçinin istefasını qəbul etmişdir. Qeyd edək ki, fevralın 25-dək istirahətə buraxılan komanda Azərbaycan Kuboku və Unibank Premyer Liqasının növbəti oyunlarına hazırlığı fevralın 26-dan bərpa edəcək.
PFL
