22 fevral 2010 15:56
Oliver Birhoff: Təqvimdən hamı razı qaldı
Bu gün Almaniyanın Frankfurt şəhərində Avro-2012-nin seçmə mərhələsinin A qrupunun təqvimi müəyyənləşib. Tədbirdə iştirak edən Almaniya milli komandasının baş meneceri Oliver Birhoff AFFA-nın saytına fikirlərini bildirib: «Ötən seçmə mərhələnin təqvimi 90 dəqiqə müzakirə olunmuşdu. Mənə elə gəlirdi ki, bu dəfə daha çox vaxt sərf edəcyik. Amma bu dəfə də təxminən 90 dəqiqə ərzində bütün komandalar ortaq məxrəcə gələ bildi. Düşünürəm ki, təqvimdən qrupun hər bir iştirakçısı razı qaldı. Azərbaycan millisinin Rusiya yığması ilə oyununu izlədikdən sonra komandanızın xeyli irəliləyişə nail olduğu qənaətindəyəm. Məncə, Almaniya və Azərbaycan milli komandaları arasında oyunlar çox maraqlı olacaq».
