22 fevral 2010 16:13
Almaniya – Azərbaycan: Düsseldorf və ya Kölndə
Azerisport.com xəbər verir ki, AÇ-2012-nin seçmə mərhələsində eyni qrupda yer alan Almaniya və Azərbaycan yığma komandaları arasında oyunlardan biri Almaniyanın Düsseldorf və ya Köln şəhərlərinə keçirilə bilər. Bu barədə Almaniya Futbol İttifaqının baş katibi Volfqanq Nirsbax məlumat verib. Xatırladaq ki, Almaniya – Azərbaycan oyunu bu il sentyabrın 7-də baş tutacaq.
