22 fevral 2010 17:27
Oğuz Çətini Azərbaycanla səfər oyununun vaxtı razı salmayıb
Türkiyə yığma komandasının baş məşqçisinin köməkçisi Oğuz Çətin Türkiyə mətbuatına açıqlamasında AÇ-2012-nin seçmə mərhələsinin təqvimi barədə fikirlərini bölüşüb. Azerisport.com xəbər verir ki, Çətin uğursuz məqam kimi Almaniya və Azərbaycanla ardıcıl iki səfər oyunundan yayına bilməməklərini göstərib: “Təqvim 90% istədiyimiz kimi oldu. Hər şeydən əvvəl Belçika və Avstriya ilə dörd gün ərzində iki oyundan qaçmaq istəyirdik. Burada istəyimizə çatdıq. Amma bir uğursuz məqam var; Almaniya və Azərbaycanla iki ardıcıl səfər qarşılaşması keçirəcəyik. . Ümumiyyətlə, müzakirələr gərgin keçsə də, hər bir tərəf bir neçə dəfə geriyə çəkilməli oldu. Əks halda, təqvimi püşk müəyyənləşdirəcəkdi”.
