22 fevral 2010 00:50

Bədbin altılıq

Bu sətirlər artıq fevralın 19-da, yəni yekun “altılığ”ın müəyyənləşməsinə hələ iki gün qalmış yazılmışdı.
 
Azerisport.com xəbər verir ki, bazar günü keçirilən oyunlarla “Unibank“ Premyer Liqasında Təsnifat mərhələsinə yekun vuruldu və medallar, o cümlədən yüksək liqada qalmaq uğrunda mübarizə aparacaq komandaların adı məlum oldu. Amma əslində vəziyyətə hələ iki tur əvvəl aydınlıq gəlmişdi. Uğursuz oyunları sıralayan “Simurq”un, nə qədər çalışsa da, 7-ci pillədən yuxarı qalxa bilməyəcəyi məlum idi.
 
Azərbaycan futbolu “Karvan”ın son turda Tovuzda xal itirərək, çempionluqdan məhrum olması kimi hadisələrlə tanışdır. Lakin iş orasındadır ki, belə hadisələr nadir hallarda baş verir və məhz buna görə də uzun müddətə azarkeşlərin yaddaşına həkk olunur. Razılaşın ki, 20-ci turdan sonra “Simurq”u 6 xal qabaqlayan, ən əsası isə 5 dəfə ölkə çempionu olan və çoxlarının indiyədək “flaqman” adlandırdığı “Neftçi”nin “altılıq”dan kənar qalması Amerika yazıçı-fantastlarının növbəti bestsellerinin mövzusuna çevrilməyə namizəd sayıla bilərdi. Yaxud “Qəbələ”nin “Muğan” və “Standard” kimi faktiki olaraq, iddiası qalmayan (mövsümün birinci hissəsi üçün) komandalarla görüşlərdə 5 xal itirməsi ağlasığmaz hesab edilirdi. Deməli, hər şey gözlənilən kimi oldu. Düzdür, 2009-cu ilin sonunda məhz “Simurq”un son nəticədə “Avrokuboklara aparan qatar”dan kənarda qalması inanılmaz hesab edilirdi. Lakin fevralın sonuncu ongünlüyündəki mövcud vəziyyət başqa şərtlər diqtə edirdi.
 
 “Qəbələ”, “Neftçi”, yaxud “Bakı”nın “altılıq“dakı layiqli yerini şübhə altına salmaqdan uzağıq, amma etiraf etmək lazımdır ki, günah yalnız “Simurq”un özündədir. İddialı kollektiv sayılmayan vaxtlarda belə autsayderlərə şans verməyən komanda imic qazanan zaqatalalılar bu imici cəmi bir neçə ay ərzində xərclədi. Yekun nəticədə məhz “Standard”, “Muğan” və “Karvan”la oyunlarda itirilən 9 xal Roman Pokora və onun komandasını “zəiflər” sırasına göndərdi. Maraqlıdır ki, məsələn, “Muğan” mövsümün iki oyunundan birində məğlub edilsəydi, indi “Qəbələ”nin nə üçün “altılıq”dan kənarda qaldığını müzakirə edəcəkdik.
 
Futbol şərt şəklini sevmir, amma Azərbaycanda yox. Bizim futbolumuzda bəzən həyata keçməyənlər mübarizənin taleyinə daha çox təsir göstərir, nəinki qazanılmış uğurlar. İndi çətin ki, Zaqatala klubunun rəhbərləri vaxtında Sumqayıt və Salyan təmsilçisi ilə “sövdələşməyə girməməyin” peşimanlığını çəkməsinlər...
 
Hər halda, olan olub və bizi 3 medal dəsti uğrunda 6 layiqli komandanın mübarizəsi gözləyir. Ümid edək ki, "Final mərhələsi" adlandırılan hissədə gedəcək mübarizə Təsnifat mərhələsinin son turlarının oyunlarına oxşamasın. Qalib gəlmək üçün təmiz oynamaq lazımdır. Azərbaycanda yox, Avropada... Əks halda, “Bney Yehuda”ya faktiki olaraq, mübarizəsiz təslim olan “Simurq”un ötən mövsümkü taleyini UEFA Avropa Liqasında başqa bir Azərbaycan klubu təkrarlayacaq. Yaxud UEFA Çempionlar Liqasında...
 
Hərçənd, iki gün əvvəl yazılan yazıda sonradan bir dənə də olsun dəyişiklik edilməməsi bədbin fikirlərə yol açır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.