22 fevral 2010 18:15
Bülənt Qorxmaz: Çempionluq uğrunda oynayacağıq
“Bakı”nın türkiyəli baş məşqçisi Bülənt Qorxmaz Azerisport.com-a müsahibəsində bildirib ki, “altılığ”a düşmək onun komandasının ilkin məqsədi idi. İndi əsas məqsəd çempionluq və ya Avropa kuboklarına vəsiqədir: “Buna qədər “altılığ”a düşmək uğrunda mübarizə aparırıq. İndi işin yarısı görülüb. Final mərhələsində çempionluq uğrunda mübarizə aparacağıq. Fikrimcə, digər komandaların da məqsədi bu olacaq”
