23 fevral 2010 13:30
Naci Şensoy: Neftçidən təklif almışam
“Turan”ın və “İstanbulspor”un sabiq baş məşqçisi Naci Şensoy “Neftçi”dən təklif aldığını etiraf edib. Azerisport.az xəbər verir ki, türkəsilli mütəxəssis Bolqarıstan mətbuatına müsahibəsində hələ yekun qərarın qəbul edilmədiyini söyləyib: “Bəli, təklif almışam, amma indidən heç nə demək olmaz. Mən bu kluba və Azərbaycan futboluna böyük hörmətlə yanaşıram və yenidən ora qayıtmağım istisna deyil”.
