23 fevral 2010 14:03
Hiddink: Türkiyədən əvvəl Fil Dişi Sahili?
Azərbaycan yığmasının AÇ-2012-nin seçmə mərhələsindəki rəqibi – Türkiyə yığmasının yeni baş məşqçisi Quus Hiddink qardaş ölkənin millisinin başına keçməmişdən əvvəl qarşıdakı dünya çempionatının iştirakçısı ola bilər. Azerisport.az Hollandiya mətbuatına istinadla xəbər verir ki, Rusiya ilə müqaviləsi iyunda başa çatacaq mütəxəssis müvafiq müqavilənin vaxtından əvvəl pozulacağı təqdirdə, müvəqqəti olaraq, Fil Dişi Sahili yığmasının baş məşqçi postuna keçəcək və bu komandaya CAR-da keçiriləcək Dünya çempionatı dövründə rəhbərlik edəcək. Avqust ayında isə Hiddink Türkiyədə fəaliyyətə başlayacaq.
