23 fevral 2010 15:04
Bülənt Qorxmaz növbəti oyunu tribunadan izləyəcək
Bu gün AFFA Nizam İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az PFL-in rəsmi saytına istinadla xəbər verir ki, Komitə müvafiq qərarlarla premyer liqa klublarını ümumilikdə 12200 manat məbləğində cərimə edib.
Ən ağır cəza “Bakı”ya verilib. Sarı vərəqələr və məşqçilərin oyuna müdaxiləsi üzündən 4000 manat cərimələnən komanda növbəti oyunu baş məşqçisiz keçirməlidir. Bülənt Qorxmaz oyun zamanı texniki zonadan uzaqlaşdırıldığı üçün bir oyunluq cəzalanıb.
