23 fevral 2010 23:50
Azərbaycan yığması Ammanda ilk məşqə çıxdı
Fevralın 25-də İordaniya ilə yoldaşlıq görüşü keçirəcək Azərbaycan yığma komandası bu oyuna hazırlıqları davam etdirir. Azerisport.az xəbər verir ki, Almaniyadan bu gün Ammana gələn baş məşqçi Berti Foqts komandası ilə ilk məşqə çıxıb.
Xatırladaq ki, almaniyalı mütəxəssis AÇ-2012-in seçmə turnirində yığmamızın da yer aldığı A qrupunun oyunlarının təqvimini müzakirə etmək üçün Almaniyaya yollanmışdı.
