23 fevral 2010 00:27
Ştork da sevinir
AÇ-2012-nin seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alan Qazaxıstan yığmasının baş məşqçisi Bernd Ştork A qrupunun oyunlarının təqvimi ilə bağlı fikirlərini bölüşüb. Azerisport.com Qazaxıstan Futbol Federasiyasının rəsmi saytına istinadla xəbər verir ki, almaniyalı mütəxəssis açıqlamasında Azərbaycanla oyunların keçirilmə vaxtından məmnun qalıb: “Təqvim bizim üçün rahat alındı. Xüsusilə, 2010-cu ildə birdən-birə 3 ev oyunu keçirəyimiz barədə xəbər ürəyimizdən oldu. Bu rəqiblərin arasında Almaniya və Türkiyə kimi favoritlər var”.
Nəzərinizə çatdıraq ki, Azərbaycan və Qazaxıstan yığmaları arasında hər iki görüş 2011-ci ildə baş tutacaq. İyunun 3-də komandalar Qazaxıstanda, sentyabrın 6-da isə Bakıda qarşılaşacaqlar.
