24 fevral 2010 14:30
Bışovets və Çerçesov Bakıda
Rusiyanın tanınmış veteran futbolçuları – Anatoli Bışovets və Stanislav Çerçesov Bakıya gəliblər. Azerisport.az xəbər verir ki, hər ikisi bu gün 50 illik yubileyini təntənəli surətdə qeyd edəcək İqor Ponomaryovun dəvəti ilə Bakıya təşrif buyurublar. Digər məşhur futbolçu Oleq Protasov isə hazırda çalışdırdığı “Rostov”la birgə təlim-məşq toplanışında olduğundan dəvəti qəbul edə bilməyib.
Xatırladaq ki, 1988-ci ildə SSRİ yığmasının heyətində Seul Olimpiadasının qalibi olan İqor Ponomaryovun həmin yarışdakı baş məşqçisi məhz Anatoli Bışovets olub.
