24 fevral 2010 14:51
Löv Türkiyəni təriflədi, Azərbaycana toxunmadı
Almaniya yığmasının baş məşqçisi Yoaxim Löv AÇ- 2012-nin seçmə mərhələsindəki rəqiblərinin dəyərləndirərkən, Azərbaycan millisi barədə danışmaq istəməyib. Azerisport.az Rusiyanın “Sport-Ekspress” qəzetinə istinadla xəbər verir ki, Löv final mərhələsinə vəsiqə uğrunda əsas rəqib kimi Türkiyənin adını çəkib: “Bu komandaya kimin rəhbərlik etməsindən asılı olmayaraq, həmişə hörmət etmişəm. Çox yaxşı oyunçuları var, ən əsası, əzmkar futbol sərgiləyirlər. Dünya çempionatına vəsiqə qazana bilməməsinə baxmayaraq, Türkiyə yığması 2008-ci il Avropa Çempionatında öz potensialını göstərib. Yeni baş məşqçi Quus Hiddink bu komanda ilə nəyəsə nail olacaq”.
