24 fevral 2010 15:23
Rəşad Sadıqov İordaniyanı güclü rəqib sayır
Azərbaycan yığmasının kapitanı İordaniya ilə sabah keçiriləcək yoldaşlıq görüşü ərəfəsində fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, müdafiəçi Asiya təmsilçisini kifayət qədər ciddi rəqib sayır: “İordaniyaya qarşı oynamışam və deyə bilərəm ki, kifayət qədər narahat rəqibdir. Ümumiyyətlə, Asiya komandalarına qarşı oynamaq həmişə çətin olur. Onların texniki hazırlığı yüksək səviyyədədir”
