24 fevral 2010 15:30
Araz Abdullayev Hoffenhayma keçə bilərmiş
Yaxınlarda Rusiya çempionu “Rubin”lə müqavilə imzalayan Araz Abdullayev Almaniyanın “Hoffenhaym” klubuna keçə bilərmiş. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts keçidin real olduğunu söyləyib, amma son anda nə üçün baş tutmadığı bilmir.
“Hoffenhaym” Araza real müqavilə təklf edirdi. Bilmirəm, nə baş verdi və tərəflər razılığa gələ bilmədilər. Hər halda, almanlar bu futbolçunun xidmətində maraqlı idilər. Onu da başa düşə bilmirəm ki, bu futbolçu niyə “Neftçi”də ehtiyatda qalırdı” – saytımıza açıqlamasında Foqts belə deyib.
