24 fevral 2010 16:25
Foqts Ramazan ayında iki oyun keçirmək istəməyib
Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts AÇ-2012-nin seçmə mərhələsinin təqvimindən razı qalıb. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis açıqlamasında iki vacib məsələnin Azərbaycan yığmasının xeyrinə həll olunduğunu bildirib: “Futbolçuların çoxu oruc tutduğundan Ramazan ayında ardıcıl iki oyun keçirmək istəmirdik. Üstəlik, dörd günə iki matç oynamaq da çətindir. Bunların baş verməməsinə nail olduq. Bütün tərəflər razılığa gəldi. Ümumlikdə, təqvimdən razı qaldım”.
