24 fevral 2010 16:31
Neftçi məşqçi problemini müvəqqəti həll etdi
“Neftçi” rəhbərliyi Vaqif Sadıqovun istefasından sonra komandanın qarşıdakı oyunlara kimin rəhbərliyi altında çıxacağı sualına aydınlıq gətirib. Azerisport.az PFL-in rəsmi saytına istinadla xəbər verir ki, komandaya yeni baş məşqçi təyin olunana kimi bu vəzifəni Şakir Qəribov və Arif Əsədovdan ibarət məşqçi dueti icra edəcək.
