Avstriyanın baş məşqçisi liderlərə dəvət göndərmədi
Azərbaycanın millisinin AÇ-2010-nin seçmə mərhələsindəki rəqiblərindən biri – Avstriya yığmasının baş məşqçisi Ditmar Konstantini martın 3-də keçiriləcək Danimarka ilə yoldaşlıq görüşünə çağırdığı futbolçuların adlarını açıqlayıb. Azerisport.az xəbər verir ki, bu heyəti yarıeksperimental saymaq olar; mütəxəssis yığmanın liderləri – Aleks Manninger (“Yuvenuts”), Dieqo Benalyo (“Volfsburq”), Andreas İvanşits (“Panatinaikos”), Martin Ştrantsl (“Spartak” Moskva) və Martin Xarnikə (“Verder”) dəvət göndərməyib.
Qapıçılar: Kristian Qratsey («Şturm»), Yürgen Maxo (LASK), Helqe Payer («Rapid»);
Müdafiəçilər: Devid Akaba («Bavariya», Almaniya), Yulian Baumqartlinger («Austriya»), Əkrəm Dağ («Beşiktaş», Türkiyə), Aleksandr Draqoviç («Austriya»), Kristofer Draqan («Rapid»), Kristian Fuxs («Bohum», Almaniya), Yakob Yançer («Şturm»);
Yarımmüdafiəçilər: Veli Kavlak («Rapid»), Kristof Lyaytqeb («Red Bull»), Emanuel Poqatets («Middlsboro», İngiltərə), Mario Rayter («Noyştadt»), Paul Şarner («Uiqan», İngiltərə), Frants Şimer(«Red Bull»), Kristofer Trimmel («Rapid»), Andreas Ulmer («Red Bull»), Patrik Volf («Noyştadt»);
Hücumçular: Daniel Bayxler («Şturm»), Mark Yanko («Red Bull»), Roman Valner («Red Bull»).
