24 fevral 2010 17:53
Berti Foqts: Premyer Liqanın oyunlarına baxanda ürəyim ağrıyır
Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts növbəti dəfə Azərbaycan çempionatının səviyyəsindən narazılığını dilə gətirib. Azerisport.az xəbər verir ki, müxbirimizlə söhbətində almaniyalı mütəxəssis premyer liqanın oyunlarına baxarkən ürəyinin ağrıdığını bildirib: “Biz yığma komandanı hələ yanvarda toplanışa yığmaq istəyirdik, amma alınmadı. Çünki Azərbaycanda tam başqa cür futbol oynayırlar. Orada sürətə üstünlük vermirlər. Biz çempionatı Avropa səviyyəsinə qaldırmalıyıq. Bu çox vacibdir. Oyunlara baxarkən ürəyim ağrıyır”.
