24 fevral 2010 21:41
Çerçesov: Ponomaryovdan qol buraxdığım üçün fəxr edirəm
Azerisport.az xəbər verir ki, İqor Ponomaryovun 50 illik yubileyində iştirak edən rusiyalı futbol veteranı Stanislav Çerçesov dostu haqqında xoş sözlər söyləyib. “Ponomaryov kimi futbolçudan qol buraxdığım üçün fəxr edirəm. Həyat 50 yaşdan sonra başlayır. Əsl kişi dostluq etməyi və dalaşmağı bacarmalıdır. Belə insanlara böyük hörmətim var. Dostuluğumuz bundan sonra da uzun illər davam edəcək. Dalaşmaq lazım gəlsə, lap dalaşarıq da” – Çerçesov müxbirimizlə söhbətdə belə deyib.
