25 fevral 2010 01:54
Fərid Quliyev: Meydana çıxsam, sərbəst olacam
İlk dəfə Azərbaycan yığmasına dəvət alan Fərid Quliyev debüt oyunu ərəfəsində həyəcan keçirmir. Azerisport.az xəbər verir ki, 23 yaşlı hücumçu komanda tərəfindən yaxşı qarşılanıb və hər hansı narahatlığı yoxdur.
“Komanda və məşqçi məni yaxşı qarşıladı. Problemim yoxdur. Demək olar ki, bütün futbolçularla tanışam, bəziləri ilə U-21-də birgə çıxış etmişəm. İordaniya ilə görüşdə meydana çıxsam, elə bir çətinlik çəkməyəcəyəm, sərbəst olacağam. Oynamağı çox arzulayıram” – müxbirimizlə söhbətində Quliyev belə deyib.
