25 fevral 2010 15:17
Şəhidlər anılacaq
Bu gün Bakı vaxtı ilə saat 20:00-da Amman şəhərindəki «Kral Abdulla» stadionunda Azərbaycan millisi İordaniya yığması ilə yoldaşlıq oyunu keçirəcək. Azerisport.az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, Xocalı faciəsinin 18-ci ildönümü ilə əlaqədar oyundan əvvəl bir dəqiqəlik sükut elan olunacaq və komandalar meydana qara sarğı ilə çıxacaq.
